...

Aleksandr Kubrakov Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 17 Aprel 2023 18:45 (UTC +04:00)
Aleksandr Kubrakov Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov sabah Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Kayseridə görüşəcək.

Görüş zamanı ikitərəfli məsələlər, xüsusilə də Türkiyənin təşəbbüsləri ilə yaradılmış taxıl dəhlizi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti