...

İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 22 Aprel 2023 16:02 (UTC +04:00)
İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 km cənub-qərbdə, Banda dənizində yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti