...

TEKNOFEST 2,5 milyondan çox ziyarətçi ilə dünyanın ən böyük festivalı kimi tarixə düşüb - Selçuk Bayraktar

Dünya xəbərləri Materials 2 May 2023 12:04 (UTC +04:00)
TEKNOFEST 2,5 milyondan çox ziyarətçi ilə dünyanın ən böyük festivalı kimi tarixə düşüb - Selçuk Bayraktar

Bakı. Trend:

TEKNOFEST-2023 2,5 milyondan çox ziyarətçi ilə dünyanın ən böyük festivalı kimi tarixə düşüb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Baykar şirkətinin texniki direktoru və TEKNOFEST İdarə heyətinin sədri Selçuk Bayraktar bildirib.

Qeyd edək ki, Türkiyənin Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST-2023 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında keçirilib.

102 kateqoriya üzrə 41 əsas müsabiqənin keçiriləcəyi festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək verilib.

Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları TEKNOFEST-də nümayiş üçün 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.

Bundan əlavə, Türkiyənin Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də Atatürk Hava limanında nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti