...

Ağ Ev ABŞ-da defoltun qarşısının alınması üzrə danışıqları məhsuldar adlandırıb

Dünya xəbərləri Materials 12 May 2023 22:50 (UTC +04:00)
Ağ Ev ABŞ-da defoltun qarşısının alınması üzrə danışıqları məhsuldar adlandırıb

Bakı. Trend:

ABŞ administrasiyası ilə Konqres arasında defoltun qarşısının alınması üzrə aparılan danışıqlar məhsuldar gedir.

Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnlistlər üçün brifinq zamanı deyib.

"[Ağ Ev və Konqresin - red.] apparatlarının əməkdaşları görüşlər keçirməyə davam edəcəklər. Onlar bu gün və bu həftə sonu görüşürlər. Beləliklə, bu davam edəcək. Bu görüşlər son bir neçə gündə məhsuldar olub", - deyə o bildirib.

O, həmçinin növbəti həftənin əvvəlində ABŞ prezidenti Co Baydenin dövlət borcu ətrafında vəziyyətlə bağlı Konqres rəhbərliyi ilə yeni görüşünün baş tutacağını xatırladıb. "Görüşün keçiriləcəyi vaxt dəqiqləşəndən sonra hamınıza xəbər verəcəyik" -deyə K.Jan-Pyer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti