...

ABŞ maliyyə naziri ölkədə defoltun iyunun 1-də ola biləcəyini təsdiqləyib

Dünya xəbərləri Materials 16 May 2023 06:39 (UTC +04:00)
ABŞ maliyyə naziri ölkədə defoltun iyunun 1-də ola biləcəyini təsdiqləyib

Bakı. Trend:

ABŞ-ın maliyyə naziri Canet Yellen ölkədə defoltun iyunun 1-də ola biləcəyini təsdiqləyib.

Trend xəbər verir ki, o, bazar ertəsi həm hazırkı hakim Demokratik, həm də müxalif Respublikaçı partiyalarını təmsil edən ABŞ Konqresinin rəhbərliyinə bu barədə xəbərdarlıq göndərib.

"Artıq daha çox məlumat əldə olunduğuna görə qeyd etmək istəyirəm ki, biz hələ də hesab edirik ki, Konqres iyunun əvvəli və potensial olaraq iyunun 1-nə qədər borc maksimumunu artırmaq və ya dayandırmaq üçün tədbirlər görməsə, Maliyyə Nazirliyi hökumətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcək", - deyə C.Yellenin müraciətində bildirilir.

Qeyd edək ki, müraciət ilk növbədə Konqresin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkartiyə göndərilib.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti demokrat Co Bayden bildirib ki, o, K.Makkarti ilə mayın 16-da defoltun qarşısının alınmasını müzakirə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti