...

Honkonq gömrükçüləri 192 milyon dollar dəyəri olan qaçaqmal saxlayıb

Dünya xəbərləri Materials 26 İyun 2023 01:54 (UTC +04:00)
Honkonq gömrükçüləri 192 milyon dollar dəyəri olan qaçaqmal saxlayıb

Bakı. Trend:

Honkonq gömrükçüləri ümumi dəyəri təxminən 192,3 milyon ABŞ dolları olan qaçaqmal aşkarlayaraq saxlayıblar.

Trend-in məlumatına görə, bu barədə Honkonqun “Sindao jibao” qəzeti məlumat yayıb.

Gömrükçülər gəmilərdən birində bəyan edilməmiş mallar aşkar ediblər. Ümumilikdə yük daşıyan 15 konteyner saxlanılıb. Onların içərisində elektronika, ərzaq məhsulları, şərab və nəsli kəsilmək təhlükəsində olan heyvanlar olub.

İlkin araşdırmaya görə, yük Sinqapurdan Çinə doğru gedirmiş. Qırx beş yaşlı kişi qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti