...

İranda qum fırtınası nəticəsində 1100-dən çox insan zərər çəkib

Dünya xəbərləri Materials 29 İyun 2023 07:31 (UTC +04:00)
İranda qum fırtınası nəticəsində 1100-dən çox insan zərər çəkib

Bakı. Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində azı bir nəfər ölüb, 1100-dən çox insan zərər çəkib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü əyalətin böhran idarəsinin rəhbəri Məcid Mohebi məlumat verib.

“Son həftə ərzində Sistan və Bəlucistanda ən azı 1191 nəfər külək və toz səbəbindən tibbi yardıma müraciət edib. Müraciətlərin əsas səbəbi görmə, nəfəs alma və ürək problemləri ilə bağlıdır. Bir nəfər nəfəs almaqda problemlər yaradan fəsadlardan dünyasını dəyişib”, - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti