Bakı. Trend:
Sudanın Omdurman şəhərində bazar naməluma şəxslər tərəfindən atəşə tutulub.
Trend xəbər verir ki, bu barədə yerli səhiyyə orqanları məlumat yayıb.
Məlumata əsasən, hadisə nəticəsində bir neçəsi uşaq olmaqla 34 nəfər həlak olub.
Atəş açanların kimliyi məlum deyil. Digər təfərrüatlar barədə məlumat verilmir.