...

İranda qum fırtınası 1047 nəfəri xəstəxanalıq edib

Dünya xəbərləri Materials 17 İyul 2023 10:13 (UTC +04:00)
İranda qum fırtınası 1047 nəfəri xəstəxanalıq edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İranın Sistan-Bəlucistan əyalətində qum fırtınası səbəbindən son 4 gün ərzində 1047 nəfər xəstəxanalıq olub.

Trend-in məlumatına görə, İranın səlahiyyətli qurumları xüsusən ürək və tənəffüs yolu xəstəliyi olan şəxslərə çölə çıxmamaları barədə xəbərdarlıq edib.

Xəstəxanaya müraciət edən şəxslərdən 92 nəfərin müalicəsi hələ də davam edir.

Xatırladaq ki, iyun ayından etibarən İranda qum fırtınası səbəbindən 3 mindən çox şəxs xəstəxanaya müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti