...

İranda qum fırtınası nəticəsində 250-dən çox insan zərər çəkib

Dünya xəbərləri Materials 19 İyul 2023 03:13 (UTC +04:00)
İranda qum fırtınası nəticəsində 250-dən çox insan zərər çəkib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində azı bir nəfər ölüb, 250-dən çox insan zərər çəkib.

Trend xəbər verir ki, bu barədə əyalətin böhran idarəsinin rəhbəri Məcid Mohebi məlumat verib.

"Əyalətin tibb mərkəzlərinə 253 nəfər müraciət edib. Onlardan ən azı səkkizi mütəxəssislərin nəzarəti altında qalmalı olub. Müraciətlərin əsas səbəbi görmə, nəfəs alma və ürək problemləri ilə bağlıdır. Bir nəfər nəfəs almaqda problemlər yaradan fəsadlardan dünyasını dəyişib", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti