...

Türkiyə ilə Aİ arasında daha güclü münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğuna inanırıq - Jozep Borrel

Dünya xəbərləri Materials 21 İyul 2023 07:48 (UTC +04:00)
Türkiyə ilə Aİ arasında daha güclü münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğuna inanırıq - Jozep Borrel
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə Aİ arasında daha güclü münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğuna inanırıq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.

Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirləri Brüsseldə keçirilən görüşdə Türkiyə də daxil olmaqla bir çox məsələləri müzakirə ediblər.

"Şərqi Aralıq dənizində gərginliyin daimi olaraq azaldılması regionun sabitliyinə və təhlükəsizliyinə fayda verəcək. Kipr probleminin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq həlli Türkiyə ilə işimizdə əsas olacaq" – deyə o qeyd edib.

Borrel bildirib ki, Türkiyə ilə konstruktiv əlaqələrin davam etdirilməsi cəhdlərinin həyati ünsürlərindən biri Şərqi Aralıq dənizindəki vəziyyətdir.

Məlumat üçün qeyd edək ki, Türkiyə 2021-ci ilin martından bəri ilk dəfə Aİ Xarici İşlər Nazirləri Toplantısında rəsmi olaraq gündəmə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti