Bakı. Trend:
Türkiyənin müdafiə sənayesi hazırda dünyada böyük bir markadır.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edən zaman deyib.
"Bayraktar TB2 dünyanın ən çox ixrac edilən SİHA-sı oldu. Baykarın son illərdəki gəlirinin 99 faizindən çoxu ixracatdan əldə olunub” – deyə Bayraktar bildirib.
O qeyd edib ki, Türkiyə hazırda ən iddialı müdafiə sənayesi ölkələrindən biridir.