...

Tayvanda "Doksuri" tayfunu nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 29 İyul 2023 01:28 (UTC +04:00)
Tayvanda "Doksuri" tayfunu nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

Tayvanda "Doksuri" tayfunu nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend-in məlumatına görə, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi bildirib.

Ümumilikdə fövqəladə hallar xidmətləri adanın cənubundakı təhlükəli ərazilərdən 6,4 minə yaxın insanı təxliyə edib.

Hakimiyyət orqanları sakinləri sürüşmə təhlükəsi ilə əlaqədar dağlıq ərazidə olmamağa, həmçinin bəzi yerlərdə hündürlüyü 5 m-ə çatan dalğalar müşahidə olunduğu üçün sahildə olarkən diqqətli olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti