...

İranda qum fırtınası nəticəsində 2 mindən çox insan zərər çəkib

Dünya xəbərləri Materials 25 Sentyabr 2023 04:54 (UTC +04:00)
İranda qum fırtınası nəticəsində 2 mindən çox insan zərər çəkib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətini cənginə alan qum fırtınası nəticəsində 2 mindən çox insan zərər çəkib.

Trend xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.

“Sistan və Bəlucistanda tüğyan edən qasırğa və qum fırtınası nəticəsində 2107 nəfər tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalıb”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti