...

Erməni əsilli jurnalist bu ölkədə terrorçu və ekstremistlər siyahısına daxil edildi

Dünya xəbərləri Materials 18 Avqust 2023 17:27 (UTC +04:00)
Erməni əsilli jurnalist bu ölkədə terrorçu və ekstremistlər siyahısına daxil edildi

Bakı. Trend:

Rusiyada jurnalist Karen Şainyan barədə cinayət işi açılıb və o, axtarışa verilib.

Trend xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin bazasına yerləşdirilib.

Qeyd edilib ki, Şainyan Rusiyada xarici agent kimi tanınıb və Rusiya Federal Maliyyə Monitorinq Xidmətinin (Rosfinmonitorinq) terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Qeyd edək ki, Şainyan “Kommersant” nəşrinin maliyyə bölməsinin (“Kommersant Money”) müxbiri işləyib və “Slon” jurnalında baş redaktorun müavini olub.

Rusiyada digər bir şəxs - “Qolos” hərəkatının həmsədri Qriqori Melkonyants barədə də İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb və bu barədə vəkil Mixail Biryukov məlumat yayıb.

Melkonyants Rusiyada arzuolunmaz QHT-nin işinin təşkili maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti