...

Danimarkalı diplomat beşinci dəfə Türkiyə XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 24 Avqust 2023 19:23 (UTC +04:00)
Danimarkalı diplomat beşinci dəfə Türkiyə XİN-ə çağırıldı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Danimarkanın müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, danimarkalı diplomata ölkəsində Qurani-Kərimin təhqir olunmasına görə növbəti dəfə etiraz bildirilib.

Qeyd edək ki, bu, həftə ərzində Danimarka təmsilçisinin çağırılması ilə bağlı beşinci haldır. Buna səbəb Kopenhagendə, o cümlədən Türkiyə diplomatik missiyasının binası yaxınlığında Qurani-Kərimin təhqir olunması istiqamətində davam edən aksiyalardır. Bundan əvvəl danimarkalı diplomat avqustun 18-də, 21-də, 22-də və 23-də Xarici İşlər Nazirliyinə çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti