...

Selçuk Bayraktar dünyanın ən böyük təyyarə gəmisinə texniki baxış keçirib

Dünya xəbərləri Materials 25 Avqust 2023 14:52 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus dünyanın ən böyük təyyarə gəmisi olan "USS Gerald R. Ford"a texniki baxış keçirib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Antalya hava limanından havaya qalxan C-2 nəqliyyat təyyarəsi ilə təyyarədaşıyan gəmiyə enən Türkiyə Silahlı Qüvvələrinin heyəti və Selçuk Bayraktarı "Baykar" baş direktorunun müavini Mehmet Ali Güney müşayiət edib.

Məlumata əsasən, "Baykar" komandası ilə ABŞ komandanlığı donanma inventarlarında olan gəmilərin hava gücü imkanları barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizində Türkiyə donanmasının "TCG Anadolu" hərbi gəmisi ilə birgə təlim keçirir. Təlim çərçivəsində Türkiyə və ABŞ Hərbi Hava Qüvvələri də birgə uçuşlar həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti