...

Ankarada TEKNOFEST keçiriləcək

Dünya xəbərləri Materials 30 Avqust 2023 07:00 (UTC +04:00)
Ankarada TEKNOFEST keçiriləcək

Bakı. Trend:

Dünyanın ən böyük kosmos, aviasiya, elm və texnologiya festivalı olan TEKNOFEST 30 avqust - 3 sentyabr tarixləri arasında Ankarada baş tutacaq.

Trend xəbər verir ki, Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin 3 böyük şəhərində (İstanbul, Ankara və İzmir) keçirilməsi planlaşdırılan festivalın ikinci dayanacağı paytaxt Ankara olacaq.

Texnologiya yarışmaları, təşəbbüs proqramları, hava şouları, mükafatlandırma mərasimləri, elmi şoular, maarifləndirici seminarlar, sərgilər, səhnə oyunları, uşaqlar üçün xüsusi uçuş təcrübələri ziyarətçilərə macəra yaşadacaq.

Festival Ankaranın Etimesgut hava limanında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti