...

TEKNOFEST-i Azərbaycandan sonra Şimali Kiprdə keçirməyi planlayırıq - Selçuk Bayraktar

Dünya xəbərləri Materials 30 Avqust 2023 09:45 (UTC +04:00)

Bakı. Trend:

TEKNOFEST-i Şimali Kipr Türk Respublikasında da keçirməyi planlayırıq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

"TEKNOFEST daha öncə can Azərbaycanda keçirildi. Bundan əlavə, Özbəkistan, Ukrayna, İndoneziyadan da tələb gəlib", - deyə o vurğulayıb.

S.Bayraktar onu da bildirib ki, bu gün keçiriləcək TEKNOFEST-də 120 fərqli ölkədən iştirakçı olacaq.

"Ankarada bu festivala böyük bir maraq var, hətta İstanbulda təşkil etdiyimiz TEKNOFEST-dən üç dəfə daha çox iştirakçı olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti