...

Dünyaya bütün sahələrdə tam müstəqil mesajı vermək istəyirik - Türkiyəli nazir

Dünya xəbərləri Materials 30 Avqust 2023 09:58 (UTC +04:00)
Dünyaya bütün sahələrdə tam müstəqil mesajı vermək istəyirik - Türkiyəli nazir

Bakı. Trend:

Dünyaya bütün sahələrdə tam müstəqil Türkiyə mesajını vermək istəyirik.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Gənclərimiz TEKNOFEST kimi yarışmalarda texnologiya sahəsində dünya ilə rəqabət aparacaqlarına inam qazanırlar. 2018-ci ildə 14 texnologiya yarışması təşkil etdik və 20 min gənc burada iştirak etdi. Bu, həmin il üçün böyük uğur idi. Bu il TEKNOFEST-də keçirilən 44 texnologiya yarışmasında 330 mindən çox komanda və 1 milyondan çox gənc iştirak edib", - deyə o vurğulayıb.

Nazir bildirib ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) iqtidara gəldiyi il 414 patent müraciəti olmuşdu, bu rəqəm 20 ildə 9 mini keçib.

"Yaxın aylarda astronavtlarımız beynəlxalq kosmik stansiyaya gedərək Türk Kosmos Elmi missiyasını yerinə yetirəcəklər. Türkiyənin milli kosmik proqramını mərhələ-mərhələ həyata keçiririk. Biz milli miqyasda orijinal texnologiyaların reallaşdırılması istiqamətində addımlar atırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti