...

Müdafiə sənayesində olduğu kimi, digər sahələrdə də lider olmalıyıq - Selçuk Bayraktar

Dünya xəbərləri Materials 30 Avqust 2023 16:09 (UTC +04:00)
Müdafiə sənayesində olduğu kimi, digər sahələrdə də lider olmalıyıq - Selçuk Bayraktar

Bakı. Trend:

Müdafiə sənayesində olduğu kimi, digər sahələrdə də lider olmalıyıq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar TEKNOFEST-in açılışında çıxışı zamanı deyib.

"Təxminən 1,5 il əvvəl Türkiyə Respublikasının 100-cü ildönümünü qeyd etmək üçün İstanbul, Ankara və İzmirdə TEKNOFEST təşkil etmək qərarına gəldik. İstanbulda TEKNOFEST-də 2,5 milyondan çox ziyarətçi qəbul edərək, öz rekordumuzu yenilədik", - deyə o əlavə edib.

O, həmçinin, qeyd edib ki, bu gün inkişaf etdirilən süni intellekt texnologiyaları gələcəkdə həyatımızda daha çox yer tutacaq.

"TEKNOFEST hər il daha da inkişaf edəcək. TEKNOFEST-i həyata keçirən T-3 Fondundakı dostlarımıza, yarışlarda iştirak edən iştirakçılara, ölkəmizin hər yerindən, dünyanın müxtəlif yerlərindən gələnlərə təşəkkür edirəm", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti