Bakı. Trend:
F-4 qırıcı təyyarəsinin yanacaq çəni Ankarada "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinə məxsus dayanacağa düşüb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur:
"Lakin dayanacaqdakı avtomobillərə maddi ziyan dəyib. TEKNOFEST bölgəsindən havaya qalxan təyyarə təhlükəsiz şəkildə Eskişehirdəki bazasına qayıdıb".
Qeyd edək ki, hadisə ilə bağlı texniki təhqiqat davam edir.