Bakı. Trend:
Meksikada "El Çapo" ləqəbi ilə tanınan, "Sinaloa" narkokartelinin keçmiş lideri Xoakin Quzmanın oğlu Ovidio Quzman ABŞ-yə ekstradisiya edilib
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi açıqlama yayıb.
Baş prokuror Merrik Qarland açıqlamasında Quzmanın ekstradisiya prosesində göstərdiyi dəstəyə görə Meksikaya təşəkkür edib.
Qeyd edək ki, Vaşinqtonun açıqlamasına görə, ABŞ-də fentanil maddəsinin yayılmasına görə ən böyük məsuliyyəti "Sinaola" karteli daşıyır.
Bu ilin yanvarın 6-da “Sinaloa” narkokartelinin lideri Meksika hökuməti tərəfindən Mexiko ştatında yerləşən "Altiplano" yüksək rejimli həbsxanasına göndərilib. Yanvarın 10-da isə Meksikanın Müdafiə Nazirliyi Sinaloa ştatında təhlükəsizlik tədbirlərini artırıb.