Bakı. Trend:
İlon Mask gələn il Teknofest-ə qatılacaq.
Trend-in TurkicWorld-a istinadən verdiyi məlumatına görə, bu barədə Mask öz twitter hesabında bildirib.
"Prezident Rəcəb Tayyib Ərdoğana dəvətinə görə təşəkkür edirəm. Gələn il Teknofest-də iştirak etməyi və Türkiyədəki digər investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm." - deyə Mask paylaşımda qeyd edib.
Qedy edək ki, o, Teknofest-də iştirak edən yarışmacılarıda təbrik edib.