Bakı.
Somali Milli Ordusu son iki ayda həyata keçirdiyi hücum əməliyyatları zamanı 1650 “Əl-Şəbab” silahlısını öldürüb və 550-dən çox üzvünü yaralayıb.
Trend-in məlumatına görə, bu barədə Somali hökuməti məlumat yayıb.
Bildirilib ki, qoşunlar yerli qüvvələr və beynəlxalq tərəfdaşlarla birlikdə yaraqlıların dayaq məntəqələrini dağıdıb və onların bir çoxunu hakimiyyət orqanlarına təslim olmağa məcbur ediblər.
"Somali Ordusu beynəlxalq tərəfdaşların dəstəyi ilə Qalmuduq və Hirshabelle bölgələrində terrorçulara qarşı mübarizədə hərbi uğurlar əldə edib. Son iki ay ərzində əməliyyatlar zamanı “Əl-Şəbab”ın yüksək rütbəli komandirləri öldürülüb, yaralanıb və ya əsir götürülüb", - məlumatda qeyd edilib.