...

ABŞ qrant proqramı çərçivəsində Ukraynaya dəstək üçün vəsait ayıra bilər

Dünya xəbərləri Materials 6 Oktyabr 2023 00:47 (UTC +04:00)
ABŞ qrant proqramı çərçivəsində Ukraynaya dəstək üçün vəsait ayıra bilər

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya əlavə yardım göstərmək üçün Dövlət Departamentinin qrant proqramından istifadə etməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, ABŞ Konqresinin Ukraynaya yardım üçün əlavə vəsait ayırması ilə bağlı qeyri-müəyyənlik fonunda ABŞ administrasiyası Kiyevə dəstəyin davam etdirilməsi üçün digər variantları araşdırır.

Digər məsələlərlə yanaşı, Vaşinqton ABŞ-ın müttəfiqlərinə Amerika silahlarının alınması üçün qrantlar və kreditlər ayırdığı Dövlət Departamenti proqramı vasitəsilə maliyyə vəsaitinin köçürülməsi imkanını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti