...

AŞPA ölkəmizlə bağlı qəbul etdiyi qərarla tarixi səhvə yol verib - Türkiyə XİN

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 12:44 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il oktyabrın 12-də Türkiyə ilə bağlı qəbul etdiyi tövsiyə və qərarla tarixi səhvə yol verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu təşəbbüslə AŞPA məhkəmə proseslərindən siyasət üçün istifadə edir və dialoq kanallarını bağlamağa çalışır. Bu, AŞPA-nın əsas səbəbini təşkil edən demokratik dəyərlərə ziddir. AŞPA-nın etdiyi bu ehtiyatsızlıq gələcəkdə utancla xatırlanacaq. Türkiyə qurucu üzvü olduğu Avropa Şurasının məşvərət orqanı olan AŞPA-nın öz məqsəd və dəyərlərindən bu qədər uzaqlaşmasından təəssüflənir", - deyə bildirilib.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) səsverməsinə çıxarılacaq qətnamə haqqında qanun layihəsində Avropa Şurası və Avropa Birliyinə üzv ölkələr Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına baxmayaraq, Türkiyədə həbsdə olan Osman Kavalanın azad edilməməsində iştirak edən Türk rəsmilərinə qarşı sanksiyalar tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti