...

Yaxın Şərqdə dərhal atəşkəs elan edilməlidir - BMT baş katibindən ÇAĞIRIŞ

Dünya xəbərləri Materials 18 Oktyabr 2023 10:05 (UTC +04:00)
Yaxın Şərqdə dərhal atəşkəs elan edilməlidir - BMT baş katibindən ÇAĞIRIŞ
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdə atəşkəslə bağlı çağırış edib.

Trend xəbər verir ki, Quterreş bu barədə Pekində keçirilən "Bir kəmər, bir yol" 3-cü beynəlxalq əməkdaşlıq forumunun açılışında deyib.

İsrail-Fələstin münaqişəsinə toxunan BMT baş katibi tərəfləri dərhal atəşkəs elan edərək, əsirləri azad etməyə və humanitar yardıma çıxış imkanı yaratmağa çağırıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti