...

"Kommersant" qəzeti Rusiya-Ermənistan münasibətlərində dərinləşən böhrandan yazıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2023 17:45 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "Kommersant" qəzetində dərc olunan məqalədə Rusiya-Ermənistan münasibətlərində dərinləşən böhrandan bəhs olunur.

Trend xəbər verir ki, materialda Moskva-İrəvan münasibətlərinin pisləşməyə davam etdiyindən bəhs olunur.

"İki ölkə lideri arasında birbaşa təmas olmadığı halda tərəflər qiyabi şəkildə polemika aparır. Ən azından ritorika səviyyəsində Avropa İttifaqı (Aİ) tərəfinə sürüklənən Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində Rusiya tərəfinə qarşı yeni tənqidlər porsiyası ilə çıxış edib. Bu tənqidlərdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), üstü örtülü şəkildə Rusiyanın, eləcə də Qarabağdakı rus sülhməramlıların payına düşüb", - məqalədə deyilir.

Məqalənin müəllifi qeyd edir ki, Rusiyanın KTMT və Avrasiya İqtisadi Birliyinə daxil olan bu ölkə ilə münasibətləri hazırda yəqin ki, müstəqil Ermənistan Respublikasının mövcud olduğu bütün müddət ərzindəki ən pis dövrünü yaşayır.

"Rusiya-Ermənistan münasibətlərində böhran yeni xəbər deyil. Nikol Paşinyan çoxdandır ki, Moskvanı və KTMT-ni kifayət qədər sərt tənqid edir. Ermənistan Rusiyadan və onun təşəbbüsü ilə yaradılmış təşkilatdan təhlükəsizlik baxımından asılılığını hələ sentyabrın əvvəlində səhv olaraq adlandırıb. Digər jestlər də olub", - materialda deyilir.

Müəllifin sözlərinə görə, mühüm qıcıqlandırıcı amillərdən biri daha sonra Ermənistan prezidenti Vaaqn Xaçatryan tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Tribunalı) Roma statutunu imzalaması olub.

"Moskva hələ Ermənistan lazımi qanunvericilik prosedurlarını icra etməzdən əvvəl bildirmişdi ki, Roma statutu ikitərəfli münasibətləri korlayacaq. Lakin İrəvan başladığı işi sona çatdırdı. Artıq Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını məcburən icra etməlidir.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Münasibətlər hələ daha da pisləşə bilər. Misal üçün, İrəvanda Rusiya telekanallarının yayımlanmasının dayandırılması müzakirə olunur. Hələ ki iş bura qədər çatmayıb. Nikol Paşinyan Rusiyaya, yaxud onunla dost ölkələrə deyil, Qərbə səfər etməyə üstünlük verir və orada Ermənistanla müttəfiq ölkəni tənqid edir", - məqalədə deyilir.

Ermənistanın Qərblər yaxınlaşma cəhdlərinə toxunan müəllif Ermənistanla Aİ arasında münasibətlərin formatının daha dərin olduğunu qeyd edir.

"Tərəflər hərtərəfli və geniş miqyaslı tərəfdaşlıq barədə Saziş imzalayıb. Bununla belə, Ermənistan belə desək, unikal vəziyyətdədir. Söhbət Avropa İqtisadi Birliyi və KTMT-dən gedir. Lakin Nikol Paşinyan israrla Aİ ilə münasibətlərin yeni səviyyəsinə keçməyə hazır olduğunu nümayiş etdirir. Belə olduğu halda onun Ermənistanın Rusiya ilə birgə daxil olduğu ittifaqlarda necə hərəkət edəcəyi məlum deyil", - materialda deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti