...

Tarixi Mostar körpüsü Türkiyə bayrağının rənglərinə bürünüb

Dünya xəbərləri Materials 30 Oktyabr 2023 03:32 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Cümhuriyyətinin 100 illiyi tədbirləri çərçivəsində Bosniya və Herseqovinanın ən mühüm simvollarından biri olan tarixi Mostar körpüsü türk bayrağının rənglərinə bürünüb.

Trend-in məlumatına görə, Türkiyənin Mostar Baş Konsulluğu tərəfindən təşkil edilən Cümhuriyyətin 100-cü ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində ölkənin ən əhəmiyyətli Osmanlı əsərlərindən biri olan tarixi Mostar körpüsündə türk bayrağının rəngləri əks olunub.

1566-cı ildə Memar Sinanın tələbəsi Memar Hayrəddin tərəfindən inşa edilən körpü şəhərə öz adını verməklə yanaşı, illərlə sivilizasiyaları və mədəniyyətləri birləşdirən bir simvol kimi də qəbul edilir.

Mostar şəhərinin ruhu kimi tanınan körpü 1992-1995-ci illərdə Bosniya və Herseqovina müharibəsi zamanı Xorvatiya artilleriya birləşmələrinin intensiv artilleriya atəşinə tab gətirə bilməyərək 9 noyabr 1993-cü ildə dağılıb. Türkiyənin təşəbbüsləri ilə orijinala uyğun inşa edilən körpü 2004-cü ildə yenidən istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti