...

HƏMAS 50 girovu azad etməyə razılaşıb

Dünya xəbərləri Materials 15 Noyabr 2023 17:33 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS 3 günlük atəşkəs müqabilində 50 girovu azad etməyə razılaşıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında razılaşma əldə olunması istiqamətində danışıqlar aparılır. Razılaşmaya görə, HƏMAS üç günlük atəşkəs qarşılığında Qəzzadakı 50 mülki girovu azad etməlidir. Həmçinin İsrail də bir neçə fələstinli qadın və uşağı azad etməli və Qəzzaya daxil olan humanitar yardımların həcmini artırmağa icazə verməlidir.

İsrailin azad edəcəyi qadın və uşaqların sayı hələ ki, məlum deyil.

Qeyd olunub ki, HƏMAS razılaşmanın ümumi şərtləri ilə razılaşsa da, İsrail hələ ki, razılaşmayıb və təfərrüatlar müzakirə olunur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti