...

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

Dünya xəbərləri Materials 16 Noyabr 2023 03:56 (UTC +04:00)
ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

Bakı. Trend:

ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyinə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hohşteyn deyib.

"Biz bu sanksiyaları icra etməyə hazırlaşırıq", - deyə o bildirib.

O əlavə edib ki, İranın neft ixracı sutkada 1 milyon bareldən çoxdur və bu “rəqəmlər azalacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti