...

ÜST Pekinə tənəffüs xəstəliklərinin artması ilə bağlı sorğu göndərib

Dünya xəbərləri Materials 23 Noyabr 2023 04:13 (UTC +04:00)
ÜST Pekinə tənəffüs xəstəliklərinin artması ilə bağlı sorğu göndərib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən uşaqlarda tənəffüs xəstəliklərinin artması ilə bağlı əlavə məlumat istəyib. O, həmçinin qrip, SARS-CoV-2, respirator sinsitial virus (RSV) və mikoplazma pnevmoniyasının dövriyyəsi tendensiyaları haqqında məlumat gözləyir.

Trend-in məlumatına görə, bu barədə ÜST-ün Cenevrədəki qərargahı bildirib.

"ÜST Çinə uşaqlarda tənəffüs yoluxucu xəstəliklərin artması və sətəlcəm epidemiyası ilə bağlı ətraflı məlumat vermək üçün rəsmi sorğu göndərib", - deyə bildirilib.

ÜST xatırladıb ki, noyabrın 13-də keçirdiyi mətbuat konfransında Çinin Milli Səhiyyə Komissiyasının nümayəndələri ölkədə tənəffüs yoluxucu xəstəliklərə yoluxma hallarının artdığını bildiriblər. Çin hakimiyyəti bunu COVID-19 ilə bağlı məhdudiyyətlərinin qaldırılması və qrip, mikoplazma pnevmoniyası, RSV və SARS-CoV-2 kimi məlum patogenlərin dövriyyəsi ilə əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti