...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İsrailin Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşəcək

Dünya xəbərləri Materials 28 Noyabr 2023 16:09 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Mərkəzi Kəşfiiyyat İdarəsinin direktoru Bill Börns bu gün Dohada İsrailin Kəşfiyyat Xidmətinin rəhbəri Devid Barnea və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani ilə görüşəcək.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra üç lider arasında ikinci belə görüş olacaq. Görüşdə HƏMAS tərəfindən daha çox girovun azad edilməsi müqabilində atəşkəsin müddətinin uzadılmasının mümkünlüyü müzakirə olunacaq.

Qeyd edək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti