...

Müğənni Teylor Svift 2023-cü ilin adamı seçilib - “Time” jurnalı

Dünya xəbərləri Materials 7 Dekabr 2023 01:43 (UTC +04:00)

Bakı. Trend:

Müğənni Teylor Svift Amerikanın “Time” jurnalının versiyasına görə “İlin adamı” adına layiq görülüb.

“Bu ən qürurverici və xoşbəxtlik bəxş edən hissdir, indiyədək həyatımda yaradıcılıq baxımından özünü doğruldan və mənə asudəlik verən duyğudur” – deyə müğənni jurnala açıqlamasında bildirib.

Trend-in məlumatına görə, bu nominasiya üzrə 2023-cü ildə cəmi 9 namizədin adı irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya Kralı III Çarlz, “Barbi” filmində baş rolun ifaçısı Teylor Svift, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpin, CHatGPT-nin yaradıcısı Sem Altman, Hollivud ssenaristləri və aktyorları da var.

“Time” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir. 2022-ci ildə bu ada Ukrayna Prezidenti Volodimir Zelenski, ondan əvvəl isə İlon Mask layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti