Bakı. Trend:
Özbəkistanın keçmiş kənd təsərrüfatı naziri Aziz Voitov ölkənin Baş Prokurorluğunun tələbi ilə saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, keçmiş nazir oğurluqda və ya xüsusən böyük miqdarda israfçılıqda, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Qeyd edək ki, Aziz Voitov 2022-ci ilin avqust ayından 2023-cü ilin oktyabr ayına qədər Özbəkistanın kənd təsərrüfatı naziri vəzifəsində işləyib. Ona qədər isə Voitov 2020-ci ilin mart ayından investisiyalar və xarici ticarət nazirinin birinci müavini vəzifəsində çalışıb.