...

ABŞ-da ticarət mərkəzində baş verən atışmada bir nəfər ölüb

Dünya xəbərləri Materials 24 Dekabr 2023 04:15 (UTC +04:00)
ABŞ-da ticarət mərkəzində baş verən atışmada bir nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Florida ştatının Okala şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə şəhər polisi "Х" sosial şəbəkəsində yazıb.

Polisin verdiyi məlumata əsasən, bir kişi ölüb, digər qadın isə yaralanaraq xəstəxanaya aparılıb.

Həmçinin atışmanın "məqsədli şəkildə" ola biləcəyi və şübhəlinin qaçdığı ehtimal edilir. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə yenidən baxış keçirir və hadisə ilə bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti