Bakı. Trend:
Avstraliyada qasırğa nəticəsində iki nəfər həlak olub, yüz minə yaxın ev işıqsız qalıb.
Trend xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti ölkənin üç şərq ştatında qeydə alınıb. Sidney hava limanında tarixdəki ən yağışlı Milad günü qeydə alınıb.
Yerli hakimiyyət nümayəndələri qasırğanın intensivliyinin misilsiz olduğunu bildiriblər. Güclü külək elektrik dirəklərin yerindən çıxarıb. Nəticədə yüz minə yaxın elektriksiz qalıb.