...

"Microsoft" klaviaturaya yeni düymə əlavə edəcək

Dünya xəbərləri Materials 5 Yanvar 2024 05:27 (UTC +04:00)
"Microsoft" klaviaturaya yeni düymə əlavə edəcək

Bakı. Trend:

“Microsoft”, “Windows 11” fərdi kompüterləri üçün klaviaturada dəyişikliklər edərək, “Copilot” süni intellekt (AI) düyməsi əlavə edir.

Trend xəbər verir ki, “Windows” düyməsinin yanında yerləşəcək yeni düymənin əlavə edilməsi klaviaturada 30 ildə ilk ciddi dəyişiklik olacaq.

Qeyd edək ki, “Microsoft 365 Copilot” “Word” və “Excel” proqramlarında süni intellekt funksiyalarını həyata keçirməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti