Bakı. Trend:
Ötən gecə Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə bir neçə raket zərbəsi endirməsi nəticəsində 7 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan
vilayəti valisinin müavini Əlirza Mərhəməti deyib.
Ə.Mərhəmətinin sözlərinə görə, yerli vaxtla 4:30-da raket
zərbələrinin endirilməsi nəticəsində bir neçə partlayış baş
verib.
Mərhəməti bildirib ki, partlayışlarda İran vətəndaşları olmayan 3 qadın və 4 uşaq ölüb.
Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib.
Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.