...

ABŞ və Böyük Britaniya husilərin hədəflərinə zərbələr endirib

Dünya xəbərləri Materials 19 Yanvar 2024 22:04 (UTC +04:00)
ABŞ və Böyük Britaniya husilərin hədəflərinə zərbələr endirib

Bakı. Trend:

ABŞ və Böyük Britaniya Yəmənin Hodeyda şəhərində "Ənsar Allah" üsyançı hərəkatının (husilər) hədəflərinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə husilərə məxsus olan "Al Masirah" televiziya kanalı xəbər verib.

"Sky News Arabia" telekanalı bildirib ki, şəhərin sahil hissəsində yerləşən Əl-Cəbənə bölgəsinə azı iki hava zərbəsi endirilib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti