...

KXDR yeni zenit raketini və qanadlı raket döyüş başlığını sınaqdan keçirib

Dünya xəbərləri Materials 3 Fevral 2024 06:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya bu həftə super böyük qanadlı raket döyüş başlığının gücünü sınaqdan keçirib və yeni zenit raketini buraxıb.

Trend xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər yayıb.

Qeyd olunur ki, sınaq fevralın 2-də KXDR-in Raket Elmi üzrə Baş İdarəsi tərəfindən həyata keçirilib və müxtəlif yeni silahların texnologiyalarını kəskin şəkildə inkişaf etdirməyə yönəlib. Agentlik vurğulayıb ki, sınaqlar raket elmləri şöbəsinin müntəzəm fəaliyyəti çərçivəsində həyata keçirilib, regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.

“Bu sınaqlar qonşu ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyib”, - məlumatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti