...

Türkiyənin “Baykar” şirkəti Ukraynada zavod tikəcəyini açıqlayıb

Dünya xəbərləri Materials 7 Fevral 2024 01:35 (UTC +04:00)
Türkiyənin “Baykar” şirkəti Ukraynada zavod tikəcəyini açıqlayıb

Bakı. Trend:

Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisinə başlayıb.

Trend xəbər verir ki, bu barədə şirkətin başçısı Haluk Bayraktar Səudiyyə Ərəbistanındakı sərgidə açıqlayıb.

“Zavodumuz tikilir. Bizə tikintini başa çatdırmaq üçün təxminən 12 ay lazımdır", - deyə Haluk Bayraktar bildirib.

Onun sözlərinə görə, zavod paytaxt Kiyevin yaxınlığında tikilir.

Müəssisədə “Bayraktar”ın TB2 və TB3 modellərinin istehsalı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti