...

Əlcəzairdə helikopter qəzası: Ölənlər var

Dünya xəbərləri Materials 8 Fevral 2024 19:19 (UTC +04:00)
Əlcəzairdə helikopter qəzası: Ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopter ölkənin mərkəzi hissəsində qəzaya uğrayıb.

Tren xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əlcəzair Prezident Admistrasiyası məlumat yayıb.

Məlumata görə, qəza zamanı 3 ekipaj üzvü həlak olub.

"Fevralın 7-də axşam planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri Komandanlığının hərbi vertolyotu Əl-Maniyə hava limanının yaxınlığında qəzaya uğrayıb", - məlumatda qeyd edilib.

Bildirilir ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti