...

Avstraliyada evsiz-eşiksizlərə istidə sərinlənmək üçün mobil mərkəzlər quraşdırılacaq

Dünya xəbərləri Materials 1 Mart 2024 05:48 (UTC +04:00)
Avstraliyada evsiz-eşiksizlərə istidə sərinlənmək üçün mobil mərkəzlər quraşdırılacaq

Bakı. Trend:

Avstraliyada qızmar yay bürküləri başlayır. Bununla bağlı alimlər qrupu ölkə əhalisinin ən həssas təbəqələrindən biri - evsiz-eşiksizlərin müdafiəsi təşəbbüsü ilə çıxış edib.

Trend-in məlumatına görə, fevralın 29-da Sidneyin bəzi ərazilərində temperatur 39 dərəcəyə çatıb. Sərinlənmək üçün mobil mərkəzlər evsizlərin toplaşdığı yerlərin yaxınlığında şəhər parklarında quraşdırılacaq. Onlara yemək, ventilyatorlar, sərin su təqdim olunacaq.

Evsizlərin ehtiyaclarının öyrənilməsi ilə bağlı layihənin aparıcı tədqiqatçısı, Sidney Universitetindən olan Timoti İnqlişin sözlərinə görə, günvurmadan hər hansı təbii fəlakətdən daha çox insan ölür. Lakin insanlar istinin nə dərəcədə ölümcül təhlükəli olmasını çox vaxt dərk etmirlər.

Layihə Sidney Universitetinin Sidneydəki Müqəddəs Vinsent xəstəxanası, Sidney Texnologiya Universiteti və Kvinslend Texnologiya Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti