...

Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Dünya xəbərləri Materials 1 Mart 2024 06:44 (UTC +04:00)
Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Bakı. Trend:

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Belə ki, 12 fiziki şəxsə və 36 təşkilata qarşı sanksiya elan edib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin rəsmi qəzetində deyilir.

Yeni sanksiyalar siyahısına daxil edilən təşkilatlar arasında “FSUE Atomflot”, “Kalaşnikov”, “Almaz-Antey”, “Uralvaqonzavod” və “Bazalt” konserni də var.

Yaponiya hakimiyyəti “Tinkoff” bankı da sanksiyalar siyahısına əlavə edib. Həm fiziki şəxslərin, həm də təşkilatların aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyaların martın 31-dən qüvvəyə minəcəyi vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti