Bakı. Trend:
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili istefa verib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Zurab Azaraşvili Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə söhbətdən sonra vəzifəsini tərk edib. Səhiyyə nazirinin istefa səbəbi açıqlanmayıb.
Hökumət başçısının yeni naziri yaxın vaxtlarda təqdim edəcəyi qeyd olunub.
Qeyd edək ki, Zurab Azaraşvili 2021-ci ildən etibarən Gürcüstanın səhiyyə naziri vəzifəsində çalışıb.