Əfqanıstanda güclü qar və şaxta 9 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 2 Mart 2024 16:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanda son 48 saat ərzində güclü qar və şaxta nəticəsində doqquz nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan milli fəlakətlərin idarəedilməsi idarəsi məlumat yayıb.

Bildirilib ki, qar fırtınası ilə müşayiət olunan şaxtalı hava Əfqanıstanın yeddi əyalətinə təsir edib.

Şimaldakı Fəryab əyalətində kəskin hava şəraiti səbəbindən mindən çox mal-qara tələf olub.

Xəbər lenti

Xəbər lenti