...

İran Rusiyaya raket tədarük edəcəyi təqdirdə sanksiyalara məruz qala bilər

Dünya xəbərləri Materials 12 Mart 2024 18:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran Rusiyaya raket tədarük edəcəyi təqdirdə Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyalara məruz qala bilər.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen deyib.

Onun çıxışının mətni Avropa Komissiyasının saytında yerləşdirilib.

"İran Rusiyaya ballistik raketlər tədarük edəcəyi təqdirdə, əlavə sanksiyalarla cavab verməyə hazırıq", - Avropa Komissiyasının prezidenti deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də İran Rusiyaya ballistik raketlər satacağı təqdirdə, Vaşinqton və müttəfiqlərinin sərt tədbirlər görəcəyini deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti