...

Əfqanıstanda partlayış: xeyli ölən və yaralanan var

Dünya xəbərləri Materials 21 Mart 2024 16:20 (UTC +04:00)
Əfqanıstanda partlayış: xeyli ölən və yaralanan var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın cənubunda Qəndəhar şəhərində "New Kabul Bank"ın şöbəsində partlayış olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, partlayış bankın Qəndəhar şəhər polis idarəsinin yaxınlığındakı şöbəsində baş verib.

Partlayış nəticəsində 19 nəfərin həlak olduğu, 20-dən çox insanın yaralandığı qeyd olunub. Yaralananlar bölgədəki xəstəxanaya çatdırılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti